Azərbaycan Dövlət Film Fondu yeni sənədlərlə zənginləşib. Azərbaycanın görkəmli opera müğənnisi Şövkət Məmmədovanın və Xalq artisti Rafiq Babayevin fotosənədləri Dövlət Film Fonduna daxil olub. Dövlət Film Fondunun direktoru Cəmil Quliyev bildirib ki, Şövkət Məmmədovaya aid beş sənəd Ukrayna vətəndaşının şəxsi arxivində saxlanılırmış. Opera müğənnisinə məxsus yeni materialların fonda daxil olacağı gözlənilir.
   Azərbaycan musiqi sənətinin inkişafına dəyərli töhfələr vermiş Xalq artisti Rafiq Babayevlə bağlı fotosənədlər və başqa arxiv materialları isə sənətkarın qızı Farizə Babayeva tərəfindən Fonda təqdim olunub. Bunların əsasında Rafiq Babayevin şəxsi arxiv fondu yaradılıb.
   Əməkdar incəsənət xadimi, bəstəkar Eldar Mənsurov da şəxsi kino və video arxivini fonda təhvil verib. Tezliklə bəstəkarın atası, görkəmli tarzən, Xalq artisti Bəhram Mənsurovun da şəxsi kino arxivi fonda təqdim ediləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar