Sentyabrın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Tovuz aşıqlarının konserti keçiriləcək. Filarmoniyadan bildiriblər ki, “Saz götürüb, bu meydana gəlmişəm” adlı konsert Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin maliyyə dəstəyi ilə reallaşacaq. Konsertə giriş pulsuzdur.