Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi məşhur dirijor, Rusiyanın Əməkdar artisti Andrey Anixanovu Bakıya dəvət edib. Teatrın mətbuat xidmətindən bildiriblər ki, A.Anixanov teatrın səhnəsində “Karmen” operasına dirijorluq edəcək. Oktyabrın 24-də nümayiş olunacaq operada əsas partiyanı Rusiyada yaşayan və təhsil alan həmyerlimiz Regina Rüstəmova ifa edəcək.
   Qeyd edək ki, Andrey Anixanov Sankt-Peterburq Dövlət Akademik Simfonik Orkestrinin baş dirijoru və bədii rəhbəridir.