“Eurovision-2010” beynəlxalq uşaq yarışmasının noyabrın 20-də keçiriləcək final mərhələsinin aparıcılarından biri tanınmış teleaparıcı, “Miss Minsk-2009” müsabiqəsində “Miss pressa-2009” adına layiq görülmüş Belarus Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi, soydaşımız Leyla İsmayılova olacaq.
   
   Bu barədə sentyabrın 6-da Minskdə keçirilən mətbuat konfransında məlumat verilib. Xəbəri sevinclə qarşıladığını bildirən Leyla deyib: “Mən həmişə dəyişikliyi sevmişəm. Buna görə də uşaq aləminə baş vurmaq mənim üçün xüsusilə maraqlıdır. Əlimdən gələni etməyə hazıram”.
   Aparıcıların müsabiqəsində 100-dən çox adam iştirak edib. Populyar müsabiqənin aparıcısı olmaq istəyənlər ingilis və fransız dillərini mükəmməl bilməli, səhnə mədəniyyəti və kadrda işləmək bacarığı nümayiş etdirməli idi.