Gələn il Bakıda keçiriləcək II Beynəlxalq muğam festivalına hazırlıq prosesi artıq başlanıb. Bu barədə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə məlumat verib. F.Əlizadə bildirib ki, bununla əlaqədar olaraq hər ay ittifaqda “II Beynəlxalq muğam festivalı ərəfəsində” mövzusunda tədbir keçirilir: “Artıq muğamlarımızla bağlı kitabların təqdimatı olmuş, elmi konfranslar keçirilmiş, muğam ifaçıları ilə görüşlər təşkil edilib. İstəyirik bu festival Novruz bayramına təsadüf etsin”.
F.Əlizadənin sözlərinə görə, festivalda iştirak etmək üçün bir neçə xarici ölkədən müraciətlər daxil olub: “Hətta birinci festivalda iştirak edənlər ikinci dəfə də gəlmək istəyirlər. Lakin biz istəyirik ki, yeni tərkib olsun və festival yüksək səviyyədə baş tutsun”.