Skripkaçı Nəzrin Rəşidova yaratdığı "FeMusa" qadın simfonik orkestrilə birgə Londonda konsert proqramı ilə çıxış edəcək. Konsert noyabrın 7-də solist Luiza Vinterin iştirakı ilə keçiriləcək. Konsertdə Azərbaycan bəstəkarları ilə yanaşı xarici bəstəkarların da əsərləri səslənəcək.
   Qeyd edək ki, N.Rəşidova 1988-ci ildə peşəkar musiqiçi ailəsində anadan olub. "Qızıl payız" müsabiqəsi çərçivəsində artıq 3 ildir ki, səhnəyə çıxır. Dəfələrlə ABŞ, Fransa, Almaniya, Polşa, Misirdə konsert proqramları ilə çıxış edib. 2008-ci ilin sentyabrında Nəzrin Rəşidova "FeMusa" adlı qadınlardan ibarət simfonik orkestr yaradıb. "FeMusa" simfonik orkestrinin debüt konserti 2009-cu ilin may ayında Blumsburidəki (London) Müqəddəs Ceyms kilsəsində baş tutub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar