Xalq artisti Alim Qasımovun qızı, Əməkdar artist Fərqanə Qasımova yaxın günlərdə İspaniyaya yola düşəcək. Xanəndənin noyabr ayının 12-dən İspaniyanın Madrid, Barselona və Tarraqona şəhərlərində solo konsertləri olacaq. 2011-ci ilin aprel ayından başlayaraq Fərqanə Qasımovanın yenidən Avropanın bir neçə ölkəsində solo konsertləri planlaşdırılır.