Gələn ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011”mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin seçilməsi üçün keçirilən yarışmanın ikinci həftəsinin qalibi Nurlan Növrəsli olub. İlk həftədə Çingiz Mustafayev hamını üstələmişdi. İştirakçılar həftə ərzində İctimai Televiziyanın efirində saat 21.00-dan 23.00-dək canlı yayımlanan xüsusi proqramda yarışıblar. Qalib həftə boyu SMS səsvermənin nəticələrinə və münsiflərin rəyinə əsasən müəyyən edilib. İlkin mərhələ bundan sonra 5 həftə davam edəcək. Hər həftə 11 namizəd yarışacaq, səsvermə yolu ilə 11 iştirakçıdan 1-i növbəti finala vəsiqə qazanacaq. 
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar