Dekabrın 9-da Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda dahi Polşa bəstəkarı Friderik Şopenin 200 illiyinə həsr olunmuş konsert olacaq. Tədbirdə pianoçu-virtuozların İsveçrədə keçirilən müsabiqəsinin 1-ci mükafatının qalibi, Bakı Musiqi Akademiyasının dosenti Elnarə Kəbirlinskayanın Şopenin yubileyinə həsr etdiyi konserti təqdim olunacaq. Konsertdə həmçinin tanınmış vokalçı, Əməkdar artist Gülnaz İsmayılova, beynəlxalq müsabiqə laureatı, prezident təqaüdçüsü Ceyla Seyidova (violino) da çıxış edəcək.
   
   Gülər