Dekabrın 16-da görkəmli caz ustası Vaqif Mustafazadənin ev-muzeyində sənətkarın xatirə gecəsi keçiriləcək. Vaqif Mustafazadənin ev-muzeyindən bildiriblər ki, həmin gün tədbir çərçivəsində “Retro-Sevil” ansamblının çıxışı da olacaq. Proqramın bədii rəhbəri məşhur “Sevil” qızlar ansamblının solisti Rəna Talıbovadır.
   Xatirə gecəsi ərəfəsində Vaqif Mustafazadə adına mədəniyyət-xeyriyyə fondu tərəfindən muzeyin əsaslı təmiri başa çatdırılıb. Əsaslı bərpa işlərinə baxmayaraq, burada Vaqif Mustafazadənin yaşayıb-yaratdığı zamanların ab-havası qorunub saxlanıb. Təmir zamanı muzeyin ekspozisiyası da yenilənib, bir neçə təzə eksponat əldə edilib. Muzeydə 153 foto, 15 afişa, həmçinin kino və videomateriallar, diplomlar, sertifikatlar, val və fotoalbomlar saxlanılır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar