“Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyənləşdirilməsi üçün aparılan milli seçimlərin yarımfinal mərhələsi başa çatıb. Dekabrın 31-də keçirilən yarımfinalın axırıncı həftəsinin qalibləri “Yeni ulduz” yarışmasının laureatı İlhamə Qasımova və gənc müğənni Nigar Camal olublar.
   Beləliklə, bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision” müsabiqəsində iştirak edəcək Azərbaycan təmsilçisi Çingiz Mustafayev, Nurlan Növrəsli, Günay İbrahimli, Nikola Barklay, Arzum Xəlilova, Aynişan Quliyeva, İlqarə İbrahimova, Eldar Qasımov, İlhamə Qasımova və Nigar Camal arasından seçiləcək.
   Bu arada xəbər verilir ki, “Eurovision -2011” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün finaldan öncə 10 iddiaçının iştirakı ilə daha bir yarımfinal mərhələsi keçiriləcək. İctimai Televiziya və Radio Yayımları Şirkətinin musiqi, bədii və əyləncəli verilişlər departamentindən bildirilib ki, bu yarımfinal həftəsi yanvarın 10-dan 14-dək davam edəcək. 10 yarımfinalçı əvvəlki qayda ilə bacarıqlarını nümayiş etdirəcək və yanvarın 14-də 50% tamaşaçı, 50% isə münsiflərin səsverməsi ilə finalda yarışacaq beş nəfər məlum olacaq. Final mərhələsinin fevralın ilk günlərində təşkil olunması nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar