Finalda yarışacaq beş ifaçı məlum oldu
   
   Azərbaycanın Düsseldorfda (Almaniya) keçiriləcək “Eurovision-2011” müsabiqəsindəki təmsilçisinin müəyyənləşməsi üçün keçirilən milli seçimlərin finalına vəsiqə qazanan beş ifaçının adı açıqlanıb. Final konsertində İlhamə Qasımova, İlqarə İbrahimova, Eldar Qasımov, Aynişan Quliyeva və Nigar Camal mübarizə aparacaqlar.
   Finalın ilk mərhələsində finala keçmək uğrunda 9 ifaçı yarışıb. İlk beşlik tamaşaçıların SMS səsverməsi (50%) və münsiflər heyətinin qərarı (50%) ilə müəyyənləşib.
   Son mərhələyə vəsiqə qazanan 5 ifaçı fevralın ilk günlərində keçirilməsi nəzərdə tutulan final konsertində çıxış edəcək, Azərbaycanı “Eurovision-2011”də təmsil edəcək ifaçı onların arasından seçiləcək.
   Qeyd edək ki, “Eurovision-2011” mahnı müsabiqəsi bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək. Azərbaycan mayın 10-da keçiriləcək I yarımfinalda çıxış edəcək. Püşkatmanın nəticələrinə görə, mayın 10-da keçiriləcək I yarımfinalda Azərbaycan, Albaniya, Finlandiya, Macarıstan, Litva, İsveçrə, Norveç, Gürcüstan, Türkiyə, Malta, Xorvatiya, San-Marino, Serbiya, Rusiya, İslandiya, Yunanıstan, Portuqaliya, Polşa və Ermənistan yarışacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar