Xəbər verdiyimiz kimi, martın 14-dən 21-dək Bakıda Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə II Beynəlxalq Muğam Festivalı keçiriləcək. Yanvarın 27-də Bəstəkarlar İttifaqında festivala hazırlıqla bağlı mətbuat konfransı keçirildi. 

   Tədbirdə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fərəh Əliyeva, Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun baş elmi işçisi Sürəyya Ağayeva festivalla bağlı geniş məlumat verdilər.
   Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə budəfəki festivalın Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunduğunu bildirdi: “Festivalın formatında ciddi dəyişiklik yoxdur. Yenə də konsertlər, tamaşalar, muğam konsertləri keçiriləcək.
   Beynəlxalq festivalın təntənəli açılış mərasimi martın 14-də Muğam Mərkəzində baş tutacaq, ayın 21-də isə Heydər Əliyev Sarayında qala konsertlə festival işini yekunlaşdıracaq. Martın 15-17-də festival çərçivəsində UNESCO səviyyəsində beynəlxalq elmi simpozium keçiriləcək. Simpoziuma dünyanın müxtəlif ölkələrindən görkəmli musiqişünaslar, alimlər dəvət olunacaqlar. Bu, UNESCO-nun 7-ci simpoziumudur və məhz Bakıda həyata keçiriləcək” .
   Beynəlxalq muğam müsabiqəsinin püşkatma mərasimi martın 17-si gerçəkləşəcək və sonrakı 3 gün ərzində (18, 19, 20 mart) beynəlxalq müsabiqə keçiriləcək.
   Həmçinin festival çərçivəsində hər gün saat 17-də Muğam Mərkəzində muğam konsertləri təqdim olunacaq. Konsert proqramında ötən müsabiqə qaliblərinin çıxışları da yer alacaq. Milli Konservatoriyanın rektoru, Xalq artisti Səyavuş Kərimi isə bildirdi ki, fevralın sonlarında Respublika Muğam müsabiqəsi keçiriləcək və bu müsabiqənin 3 qalibi Beynəlxaql Muğam müsabiqəsində iştirak edəcək.
   Opera və Balet Teatrında isə silsilə tamaşalar təşkil olunacaq. “Leyli və Məcnun”, “Sevil”, “Şah İsmayıl” operaları, həmçinin “Arşın mal alan” operettası oynanılacaq. Bundan başqa, festival günlərində Bəstəkarlar İttifaqında simfonik konsertlər olacaq.
   Digər maraqlı silsilə tədbirlər isə festival günlərində, hər gün saat 22-də Caz Mərkəzində muğam-caza həsr olunmuş tanınmış caz ifaçılarının konsertləri olacaq.
   Festivalla bağlı işçi qrup da yaradılıb. Qrupun rəhbəri Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyevadır.
   
   Reyhan   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar