Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərinin Novi Grad bələdiyyəsi tərəfindən təşkil edilmiş “Novi Grad günləri - 2011” mədəni proqram çərçivəsində azərbaycanlı bəstəkar və caz ifaçısı Samir Feyziçin musiqi qrupu “Romantic Soul” adlı konsert proqramı ilə çıxış edib. Konsertdə bir çox xaricı bəstəkarların musiqisi ilə yanaşı, “Bakı gecələri” və “Getmə, getmə, gəl” Azərbaycan xalq mahnısı səslənib.
Konsertin sonunda S.Feyziç konsert iştirakçılarına Azərbaycanın zəngin musiqisindən danışıb.