Azərbaycanlı ifaçılar Aynişan Quliyeva və Yasin Həsənov 8-14 iyul tarixlərində Belarusda keçiriləcək "Vitebskdə Slavyan bazarı" XX Beynəlxalq incəsənət festivalında iştirak edəcəklər. "Eurovision" qaliblərimiz Eldar Qasımov və Nigar Camalın da fəxri qonaq qismində qatılacağı festivalın açılış mərasimində Nikolay Baskov, Valeri Meladze, Valeri Leontyev, Maksim və digər tanınmış adlar çıxış edəcək.
   Qalib adı uğrunda 20 ölkənin nümayəndələri mübarizə aparacaq. Onların arasında Gürcüstan, Ermənistan, İtaliya, Kuba, Qazaxıstan, Polşa, Çexiya, Estoniya, Rumıniya, Rusiya, Slovakiya və sair ölkələr var.