Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ənənəyə sadiq qalaraq hər ayın ilk çərşənbə günü Niyazinin mənzil-muzeyində Klassik Musiqisevərlər Klubunun növbəti tədbirini keçirir.
   Klubun avqustun 3-də keçiriləcək növbəti tədbiri böyük sənətkar Niyazinin həyat və yaradıcılığına həsr olunacaq.
   Tədbirdə maestronun həyat və yaradıcılığı haqqında məlumat veriləcək, böyük sənətkarın həyatını əks etdirən videoçarx nümayiş etdiriləcək, musiqi əsərləri səsləndiriləcək.
   Tədbirdə bəstəkarlar, musiqişünaslar, tələbələr, ictimaiyyat və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcəklər.