Yanvarın 29-dan fevralın 4-dək Estoniyanın Narva şəhərində IX Narva Şopenianası keçiriləcək. Estoniyadan və yeddi xarici ölkədən, o cümlədən Azərbaycandan olan 60 uşaq və yeniyetmə gənc pianoçular Şopen müsabiqəsinin mükafatları uğrunda mübarizə aparacaq. “Estoniya” konsert salonunda laureatların ənənəvi konserti fevralın 5-nə təyin olunub.
   Narva Şopenianası 2002-ci ildən Avropa Gənclər Müsabiqələri İttifaqının tərkibinə daxildir və iki ildən bir keçirilir.