Respublikada xor mədəniyyətinin inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində xor fənninin tədrisinin səviyyəsinin yüksəldilməsi, uşaqlarda kiçik yaşlarından xor sənətinə maraq oyadılması, xormeysterlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi məqsədilə aprelin 1-dən 30-dək uşaq xor kollektivlərinin III Respublika baxışı keçiriləcək.
Zonalar üzrə Bakı, Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan şəhərlərində və Ağcabədi rayonunda keçiriləcək baxışda respublikanın uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivləri iştirak edəcəklər. Xor kollektivinin tərkibi 25 nəfərdən az olmamalıdır. Baxışda müxtəlif xarakterli, iki və daha çox səsli dörd əsər (o cümlədən bir əsər a capella) ifa olunmalıdır. Proqrama klassik dünya musiqi nümunələri, Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları daxil edilə bilər.
Baxışda iştirak etmək üçün ərizə və çıxış proqramı martın 15-dək müvafiq zonanın mədəniyyət və turizm şöbəsinə (idarəsinə) və Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinə göndərilməlidir (AZ1009, Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi 144.
Telefonlar: 594-29-10, 596-60-38).