Yanvarın 25-də Niyazi adına 22 saylı uşaq musiqi məktəbində Bakı şəhər musiqi və incəsənət məktəbləri şagirdlərinin konserti olacaq.
   Konsert proqramı dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, beynəlxalq və dövlət mükafatları laureatı maestro Niyazinin anadan olmasının 100 illiyinə həsr olunub.