“Aypara” instrumental triosu - kamança ifaçısı Pərviz Fərhadov, tarzən Ədalət Behbudov, nağara ifaçısı Əlipaşa Talıbov Rusiya Federasiyasının Buryatiya Respublikasının Ulan-Ude şəhərində keçirilən 7-ci beynəlxalq ""Sounds of Eurasia-2012"" (“Avrasiya Səsləri - 2012”) musiqi festivalında ölkəmizi layiqincə təmsil edib. Argentina, Almaniya, Fransa, Hindistan, Qazaxıstan, Çin, Meksika, Ukrayna, Polşa, Yaponiya və s. ölkələrdən ifaçıların qatıldığı musiqi bayramında təmsilçilərimiz fəxri fərmanlara layiq görülüblər.