Məşhur amerikalı skripkaçı Hillari Han Braziliya və Ekvadora turnesi gedişində Rio de Janeyro və Kito şəhərlərində Azərbaycanın Xalq artisti Firəngiz Əlizadənin violin və fortepiano üçün yeni «İmpuls» əsərini ifa edib. «İmpuls» əsəri məşhur ifaçının «Hillari Han və 27 məşhur bəstəkar» adlı yeni layihəsi çərçivəsində bəstələnib. Bu layihə üçün dünyanın məşhur 27 bəstəkarına yeni əsərlər sifariş edilib. Əsərin Braziliyada və Ekvadordakı uğurlu premyerasından təsirlənən Hillari Han onun müəllifliyi ilə bağlı müqavilənin müddətini daha iki il artırıb. O, Firəngiz Əlizadəyə yeni əsər sifariş etmək arzusundadır.