Dekabrın 1-də Niderlandın Amsterdam şəhərində keçiriləcək “Junior Eurovision” müsabiqəsində ölkəmizin təmsilçiləri müəyyənləşib. Təmsilçilik uğrunda beş nəfər - Nərmin Həsənova, Ömər Sultanov, Qəmərtac Maqsudova, Suada Ələkbərova, Toğrul Kərimov öz bacarığını nümayiş etdirib. Münsiflər heyətinin qərarı ilə Suada Ələkbərova və Ömər Sultanov “Junior Eurovision”da Azərbaycanı təmsil etmək şansı qazanıblar.