Şimali Kiprdəki Doğu Akdeniz Universitetində Azərbaycan Tələbə Cəmiyyəti və ali təhsil ocağının rektorluğunun birgə təşkilatçılığı ilə Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirə universitetdə təhsil alan 500-dən çox azərbaycanlı tələbə ilə yanaşı, 68 ölkədən tələbələr, təhsil ocağının professor-müəllim heyəti qatılıb. Azərbaycanın tanınmış muğam ustası, Əməkdar artist Bəsti Sevdiyevanın ifa etdiyi xalq mahnıları və muğamlarımız bayram gecəsinə əlavə rəng qatıb. Doğu Akdeniz Universitetinin rektoru Abdullah Öztopraq tərəfindən sənətçiyə təşəkkür plaketi təqdim olunub.