Gənc azərbaycanlı musiqiçilər Macarıstanın paytaxtında məktəbli və yeniyetmələr arasında keçirilən beynəlxalq müsabiqənin qalibləri olublar.
   “Budapeştin ulduzları” adlı musiqi yarışmasında R.Hacıyev adına 11 illik musiqi məktəbinin şagirdləri Rahib İsgəndərov, Kamil Həsənov, Emin Əhmədzadə, Jalə Mailova birinci, Nərmin Əliyeva ikinci yeri qazanıblar. Müsabiqədə həmçinin Bakı Musiqi Akademiyasının tələbəsi İlahə Ağasoy II, Milli Konservatoriyanın nəzdində olan musiqi kollecinin tələbəsi Həmidə Ağasoy III yerə layiq görülüb. Gənc pianoçuların müsabiqədə iştirakı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçib.