Noyabrın 8-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş xatirə gecəsi keçirildi.
İttifaqın sədri, professor, Xalq artisti Firəngiz Əlizadə mərasimi açaraq Tofiq Quliyevin xatirəsinin sənət adamları, musiqisevərlər üçün həmişə əziz olduğunu bildirdi: “95 il bundan əvvəl dünyaya Tofiq Quliyev fenomeni gəldi. Bu insan, həqiqətən də, Allah tərəfindən çox parlaq istedada malik idi. Moskva Dövlət Konservatoriyasını iki ixtisas üzrə bitirmişdi. Simfonik orkestr dirijoru və pianoçu. Pianoçu kimi məharəti hamını heyran edirdi. Onun barmaqları incilər səpirdi. Azərbaycanda estrada musiqisinin banilərindən biri olan bəstəkarın hər bir sahədə - həm klassik, həm də estrada janrında yazdığı musiqilər özünəməxsusluğu ilə seçilir. Filmlərə yazdığı mahnılarsa retro musiqi kimi səslənsə də, daim təravətini saxlamaqdadır. Eyni zamanda ölməz bəstəkar Azərbaycan Bəstəkarlar İttifaqının sədri kimi fəaliyyəti dövründə musiqi ictimaiyyəti üçün çox mühüm işlər görmüşdür”.
Daha sonra mərasim konsert proqramı ilə davam etdi. Konsertdə Əməkdar incəsənət xadimi Vaqif Gərayzadənin bədii rəhbəri olduğu “Aypara” qrupunun ifasında bəstəkarın mahnılarından ibarət popurri, tanınmış pianoçu Emil Əfrasiyabın ifasında bəstəkarın musiqilərindən ibarət kompozisiya, Azərbaycan Dövlət Simli Kvartetinin müşayiəti ilə Əməkdar artist Nərgiz Kərimovanın ifasında “Sevgi” valsı və “Bakı”, beynəlxalq müsabiqələr laureatı İslam Qasımovun ifasında isə “Neftçi” mahnıları səsləndi.
Tədbirin sonunda bəstəkarın oğlu, kinorejissor, Xalq artisti Eldar Quliyevin rejissor, Xalq artisti Tofiq İsmayılovla birgə çəkdiyi və böyük sənətkarın həyat və yaradıcılığından bəhs edən “Nəğməli ömür” sənədli filmi nümayiş olundu.
Lalə