Azərbaycan Respublikasının Kanadadakı səfirliyindən verilən məlumata görə, dekabrın 21-də Toronto şəhərində keçiriləcək beynəlxalq muğam festivalı çərçivəsində Azərbaycanın görkəmli xanəndəsi, Xalq artisti Alim Qasımovun konserti olacaq. Konsert çərçivəsində Torontoda yaşayan həmyerlimiz Saşar Zarifin rəhbərlik etdiyi rəqs qrupu da ifalarını təqdim edəcək.
   Festival Kanadanın və Ontario əyalətinin incəsənət şuraları, Ağaxan Muzeyinin himayəsi və Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi ilə təşkil ediləcək. Festivalın məqsədi zəngin Azərbaycan muğam ənənələrini Kanadada təbliğ etməkdir.