Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2013-cü ilin oktyabr-noyabr aylarında Bakı şəhərində Gənc pianoçuların I Beynəlxalq müsabiqəsi keçiriləcək.
   Xalqlar və dövlətlərarası mədəni əlaqələrin genişləndirilməsi, fortepiano ifaçılığı sənətinin inkişafı, gənc istedadların üzə çıxarılması və dəstəklənməsi məqsədi daşıyan müsabiqə 13-18 yaşlı uşaq və gənclər arasında 2 yaş qrupu üzrə (I qrup 13-15 yaş, II qrup 16-18 yaş) təşkil olunacaq.