Bakı Musiqi Akademiyasının məktəb-studiyasında şagirdlərin elmi-ifaçılıq konfransı keçirilib. Tədbirdə şagirdlər yüksək ifaçılıq qabiliyyəti ilə yanaşı, həm də öz repertuarında olan əsərləri təhlil edərək dərin nəzəri biliklər nümayiş etdiriblər. Gənc musiqiçilər hər bir əsər haqqında məlumat vermiş, sonra onları fortepiano, skripka, klarnet, truba və digər musiqi alətlərində ifa ediblər.
   Məktəb-studiyanın direktoru professor Tərlan Seyidov qeyd edib ki, konfrans 2013-cü ilin mart ayında bəstəkar Qara Qarayevin yubileyi münasibətilə onun adını daşıyacaq respublika elmi-ifaçılıq müsabiqəsi ərəfəsində bir növ baş məşqdir.