Salyan şəhərindəki incəsənət məktəbində görkəmli muğam ustası Qulu Əsgərovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Mərasimdə çıxış edənlər Salyan rayonunda dünyaya göz açmış Qulu Əsgərovun Azərbaycanda muğam sənətinin və mahnı janrının inkişafında böyük xidmətləri olduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, görkəmli xanəndənin oxuduğu muğamlar və bəstələdiyi mahnılar Azərbaycan musiqisinin qızıl fonduna daxil edilib.
   Tədbirdə incəsənət məktəbinin müəllimləri və şagirdləri məlahətli səsi və bənzərsiz ifa tərzi ilə seçilən mərhum sənətkar Qulu Əsgərovun bəstələdiyi mahnıları ifa ediblər.