Fevralın 5-də Los-Ancelesdə “Azərbaycan Los-Ancelesi qarşılayır” adlı gecə keçiriləcək. Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulluğu tərəfindən təşkil ediləcək tədbir “Skirbol” mədəniyyət mərkəzində olacaq.
   Qonaqlar muğam üçlüyünün ifasında Azərbaycan musiqisinin ifasından zövq alacaqlar. Amerikanın caz kvarteti isə ənənəvi Azərbaycan musiqisinin klassik cazla sintez olunduğu kompozisiyalar təqdim edəcək. Konsertdən sonra tədbir iştirakçıları Azərbaycan incəsənəti nümunələrindən ibarət sərgiyə baxacaq və milli mətbəximizin yeməklərindən dadacaqlar.