Yanvarın 11-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq. Filarmoniyadan verilən məlumata görə, konsertin solisti Yuliya Kərimova (fortepiano) olacaq. Proqramda klassik rus və Avropa bəstəkarlarının əsərləri səsləndiriləcək.