Türkiyəli mütəxəssis seminar keçirib
   
   Türkiyəli mütəxəssis, doktor Erdem Söylemez Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki 226 nömrəli tam orta məktəbdə “Təhsil: dünən, bu gün, sabah” mövzusunda seminar keçirib. 3 nömrəli uşaq incəsənət məktəbinin təşkilatçılığı ilə keçirilən seminarda “Musiqinin insan həyatında rolu”, “Musiqi və riyaziyyatın vəhdəti”, “Musiqinin insan təfəkkürünün inkişafında rolu”, “21-ci əsrin müəllimi”, “Dövrümüzün müəllimindən tələb olunan keyfiyyətlər” və s. mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.