Ölkəmizin təmsilçisi mayın 16-da ikinci yarımfinalda səhnəyə çıxacaq
   
   Yanvarın 17-də İsveçin Malmö şəhərində "Eurovision" beynəlxalq mahnı müsabiqəsinin rəmzinin təhvil verilməsi münasibətilə təntənəli mərasim keçirilib.
   Ötən il müsabiqəyə ev sahibliyi etmiş Bakı şəhərinin İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov "Eurovision"un rəmzi açarını Malmönün meri İlmar Reepaluya təqdim edib. Bununla Malmö rəsmən "Eurovision-2013" beynəlxalq mahnı müsabiqəsinin ev sahibliyini üzərinə götürüb.
   Tədbir Malmönün qədim bələdiyyə binasında baş tutub. Mərasimdə "Eurovision-2013"-ün ilk püşkatması keçirilib və nəticədə iştirakçı ölkələr iki yarımfinal üzrə bölünüb.
   Bu il "Eurovision" müsabiqəsində 39 ölkə iştirak edəcək. Müsabiqə mayın 14, 16 və 18-də keçiriləcək. Müsabiqənin loqotipi "The Butterfly", şüarı isə "We are one"dir. Azərbaycan mayın 16-da ikinci yarımfinalda (17 ölkə) çıxış edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar