Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Musiqi Kollecində görkəmli bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun 90 illik yubileyinə həsr olunmuş orta ixtisas musiqi məktəblərinin tələbələri arasında gənc ifaçıların respublika müsabiqəsi keçirilib. Müsabiqədə Astara Pedaqoji Kollecinin tələbələri uğurla çıxış ediblər.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən qaliblərin mükafatlandırılması mərasimində Astara Pedaqoji Kollecinin tələbələri Raul Ağayevə (kamança) və Aynurə Quluzadəyə (fortepiano) müsabiqənin diplomları təqdim edilib.