Yanvarın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində istedadlı pedaqoq və peşəkar pianoçu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi fənləri və dirijorluq kafedrasının müdiri, Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq elmləri namizədi Aytəkin Həsənovanın xatirəsinə həsr olunmuş anım gecəsi keçiriləcək. Bakı Musiqi Akademiyasının təşəbbüsü ilə keçiriləcək tədbirdə təhsil ocağının rektoru, professor, Xalq artisti Fərhad Bədəlbəyli və BMA-nın professoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə çıxış edəcəklər.
   Azərbaycan musiqi mədəniyyətində özünəməxsus yeri olan Aytəkin Həsənova fəaliyyəti dövründə bir çox konsertlərdə və dövlət səviyyəli tədbirlərdə pianoçu kimi çıxış edib, bir peşəkar pedaqoq kimi onlarla istedadlı tələbənin yetişməsində öz bilik və bacarığını əsirgəməyib. O, eyni zamanda fortepianonun tədrisi metodikasının təkmilləşməsində, 30-dan artıq dərsliyin, Azərbaycan və dünya klassiklərinin əsərlərinin daxil olduğu müntəxəbatın işıq üzü görməsində əvəzedilməz rol oynayıb.
   Xatirə gecəsində Bakı Musiqi Akademiyasının professor və müəllim heyətinin iştirakı ilə konsert proqramı təqdim olunacaq. Konsertdə Ülviyyə Hacıbəyova, Nərgiz Əliyarova, Elnarə Kəbirlinskaya, Töhfə Balayeva, Mustafa Mehmandarov, Azər Rzazadə, Aygün Zeynalova və başqaları Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini ifa edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar