2 Fevral - Gənclər Günü münasibətilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin musiqi kollektivlərinin və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə konsert keçiriləcək.
Yanvarın 31-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq konsertdə Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı çıxış edəcək. Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivlərinin rəhbəri Ramil Qasımov qeyd edib ki, bu, Muğam Mərkəzi ilə birgə həyata keçirilən ilk layihədir. Layihənin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi, AzTV-nin bədii rəhbəri Etibar Babayevdir.
Gecədə unudulmuş xalq və bəstəkar mahnıları gənc və tanınmış xanəndələrin ifasında səslənəcək.