Avropanı birləşməyə doğru götürən “Yelisey müqaviləsi”nin yubileyinə həsr olunmuş konsert
   
   Yanvarın 23-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində Alman-Fransız mədəniyyət günləri çərçivəsində konsert proqramı keçirildi.
   
   Almaniya və Fransanın Bakıdakı səfirliklərinin birgə təşkilatçılığı ilə gerçəkləşən mədəniyyət tədbiri II Dünya müharibəsindən sonra iki ölkə arasında dostluq və əməkdaşlığı bərqərar edən və Avropa İttifaqının təşəkkülündə də mühüm rol oynayan “Yelisey müqaviləsi”nin (22 yanvar 1963) 50 illiyinə həsr olunub.
   Konsertdən öncə çıxış edən Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Herbert Kvelle mədəniyyət günlərinin təşkilindən məmnun olduğunu bildirdi. Səfir keçirilən tədbirlərdə Almaniya və Fransa incəsənətinin müxtəlif nümunələrinin təqdim edildiyini dedi.
   Fransa Respublikasının ölkəmizdəki səfiri Paskal Mönye də tədbirin əhəmiyyətindən danışaraq bildirdi ki, iki ölkənin Azərbaycandakı səfirlikləri 1963-cü ildə Prezident Şarl de Qoll və kansler Konrad Adenauer tərəfindən imzalanan “Yelisey müqaviləsi”nin yarıməsrlik yubileyini birgə mədəni proqramla qeyd etmək qərarına gəliblər. Səfir yanvarın 22-də bu münasibətlə Azərbaycan Diplomatik Akademiyasında “Dövlətlərarası barışıq və dostluq: Almaniya və Fransa” mövzusunda konfrans keçirildiyini diqqətə çatdırdı.
   Çıxışlardan sonra tədbir konsert proqramı ilə davam etdi. Fəridə Məmmədova (soprano) və İlahə Sadıqzadənin (piano) ifasında alman və fransız bəstəkarlarının əsərləri ifa olundu. Əməkdar artist Salman Qəmbərovun caz musiqisi də tamaşaçılar tərəfindən maraqla qarşılandı.
   
   Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar