Milli Məclisin ötən payız sessiyasında qəbul etdiyi “Mədəniyyət haqqında” qanun layihəsi ilə əlaqədar bir sıra sahə qanunlarına dəyişikliklər ediləcək. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun sözlərinə görə, mədəniyyət sahəsində bir sıra sahə qanunları - “Nəşriyyat işi haqqında”, “Kitabxana işi haqqında”, “Kinematoqrafiya haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında” və s. qanunlar var. “Mədəniyyət haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar bu sahə qanunlarında bir sıra dəyişikliklər ediləcək, yeniliklər həmin sənədlərdə də nəzərə alınacaq: “Bir sıra anlayışlar yenilənməlidir. Qanunda beynəlxalq aləmdə Azərbaycan mədəniyyətinin təbliği ilə, mədəni irsin qorunması ilə əlaqədar çoxlu yeni müddəalar var. Bunlar həmin qanunlarda nəzərə alınacaq”.
   Nizami Cəfərov deyib ki, Mədəniyyət komitəsi tərəfindən “Muğam sənəti haqqında” qanun layihəsi hazırlanıb və Milli Məclisin yaz sessiyasına təqdim olunacaq. “Aşıq sənəti haqqında” qanun layihəsi isə hazırlanır. Komitə tərəfindən “Kulinariya mədəniyyəti haqqında” qanun layihəsinin işlənməsi də planlaşdırılır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar