Türkiyənin “TRT Avaz” telekanalında 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr edilmiş “Bir dünya istədim” klipi nümayiş etdirilib. Əməkdar artist Tünzalə Ağayevanın ifasında çəkilmiş mahnının sözləri Milli Məclisin deputatı Qənirə Paşayevaya məxsusdur. Klipin rejissoru Ülviyyə Könüldür. Klipdə “Canbala” uşaq qrupunun ifasından və qanlı hadisələri əks etdirən vizual görüntülərdən istifadə olunub.
Azərbaycan xalqının başına gətirilən müsibəti əks etdirən və dünyaya, insanlığa çağırış kimi səslənən klip daha bir həftə ərzində “TRT Avaz”da nümayiş olunacaq.