Külək, krala layiq və səssizlik
Ötən saylarımızda zəngin tarixə malik milli musiqi alətlərimizdən söz açmışdıq. Bu saydan etibarən oxuculara rəngarəng dünya musiqi alətləri haqqında məlumat vermək istəyirik. İlk yazıda fleyta, royal və fortepianodan bəhs edəcəyik.
Fleyta
Ən qədim nəfəs alətlərindən biri olan fleytanın yaranması haqqında müxtəlif əfsanələr var. Fleyta - italyanca “flauto" - “külək”, “meh" deməkdir. Arxeoloqlar tərəfindən qədim Misir və Yunanıstandan tapılmış freskalarda fleytaçalanın rəsmi aşkar edilmişdir.
Əvvəl fleyta qamışdan düzəldilmiş bir neçə dəliyi olan sadə borucuqdan ibarət olmuş, uzununa (yəni şaquli istiqamətdə) tutularaq çalınmışdır. Əsrlər boyu bu alət təkmilləşərək müasir formasını almışdır. Hazırda musiqiçilər fleytanı üfuqi istiqamətdə tutaraq ifa edirlər. Alətin hazırkı forması ilk dəfə 1832-ci ildə Münxen saray kapellasının fleytaçısı T.Byom tərəfindən təkmilləşdirilmişdir.
Müasir fleytanın diapazonu birinci oktavanın "do" notundan dördüncü oktavanın "do" notunadək davam edir. Alətin tembri aşağı registrdə bir qədər yumşaq, orta registrdə incə və məlahətli, yuxarı registrdə isə kəskin fit səsi kimi səslənir.
Artıq XV əsrdən etibarən fleyta instrumental ansamblların tərkibinə daxil olmuşdur. Onun ifadəli və məlahətli tembri, virtuoz ifa imkanları bəstəkarların nəzərini cəlb etmişdir. Dünya musiqi ədəbiyyatı nümunələri içərisində İ.S.Baxın, G.F.Hendelin, F.Pulenkin, S.Prokofyevin fleyta üçün yazılmış sonataları, V.A.Motsartın, Y.Haydnın fleyta konsertləri çox məşhurdur.
Hazırda bu alət simfonik və nəfəsli orkestrlərin və kamera ansambllarının daimi tərkibinə daxildir. Fleytadan çox zaman solo aləti kimi də istifadə edilir.
Fleytanın ən geniş yayılmış növlərindən biri də fleyta-pikkolodur. Bu, simfonik orkestrin ən incə səsli alətidir. Onun diapazonu təxminən fleyta ilə eyni olsa da, bir oktava yuxarı səslənir.
Nadir hallarda alt və bas fleytalara da təsadüf edilir. Onların ölçüsü adi fleytadan bir qədər böyükdür və təbii ki, səsi daha qalındır.
Skripkanın “uzaq qohumu”
“Royal” sözünün fransızcadan tərcüməsi “kral, krala layiq” deməkdir. Bu heç də o demək deyil ki, krallar bu çalğı alətinə xüsusi maraq göstərmişlər. Bu ad royalın müstəsna ifa imkanları ilə bağlıdır. O, başqa musiqi alətlərindən xüsusi keyfiyyətləri ilə fərqlənir.
Royal ən çoxsəsli alətdir. Onda dərin bas səslərdən başlamış, yüksək, cingiltili səslərə qədər geniş diapazonu əhatə edən, səsləri “səpələmək” və güclü çoxsəsli akkordlar ifa etmək mümkündür. Royal bütöv bir orkestrlə rəqabət apara bilər və istər səsin ölçüsünə, virtuoz rəngarəngliyinə, istərsə də məna dərinliyinə görə orkestrdən heç də geri qalmaz.
O, nisbətən “gənc” çalğı aləti hesab olunsa da, yaranma tarixi kifayət qədər qədimdir. Royalın tarixi dünyada ilk simin yarandığı vaxtdan başlayır. Simlər olmasaydı, royal da olmazdı. Nə qədər qəribə səslənsə də, nəhəng və əzəmətli royal skripkanın “uzaq qohumu”dur.
A.Klyonovun “Konsert salonunda nə üçün?” kitabında royalın tarixi barədə maraqlı məlumatlar verilir. Musiqi tarixçilərinin fikrincə, royalın “əcdadı” - indi hamının unutduğu “monoxord” adlı alət olmuşdur. “Monoxord” sözünün yunan dilində tərcüməsi “birsimli” deməkdir. Əvvəllər monoxord musiqi aləti deyil, təcrübə aparmaq üçün bir alət olmuşdur. Daha sonralar monoxordun üzərinə bir neçə sim çəkərək onu musiqi alətinə çevirmişlər. Əslində royalın yaranma tarixi də həmin dövrdən başlayır.
Təqribən iki yüz əlli il bundan əvvəl Florensiyada Kozimo Mediçi adlı bir hersoq yaşayırdı. Onun musiqi alətlərindən ibarət əsl muzeyi xatırladan zəngin kolleksiyası vardı. Həmin muzeyin baxıcısı Bartolomeo Kristofori adlı bir usta idi. O, çalğı alətlərini təmir etməklə yanaşı, yeni alətlər də düzəldirdi. Günlərin birində Mediçinin kolleksiyasında təzə musiqi aləti peyda oldu. O, ilk baxışda klavesindən elə də fərqlənmirdi. Amma əslində burada maraqlı bir yenilik vardı: Kristofori yeni alətin mexanikasında elə dəyişiklik etmişdi ki, klavişə vurulan zərbənin gücündən asılı olaraq səsin gücü də dəyişirdi. Bu, dünyada ilk royal idi və cəsarətlə demək olar ki, onu ixtira edən şəxs məhz Bartolomeo Kristofori olmuşdur.
Royalın ən mükəmməl musiqi alətlərindən biri kimi məşhurlaşması isə heç də birdən-birə baş verməmişdir. Əvvəlki klavesin uzun müddət royalın rəqibi kimi qalmışdır. Hətta dahi İohann Sebastian Bax da “çəkicli” fortepianinonu dərhal qəbul etməmiş, yalnız bir neçə ildən sonra məmnuniyyətlə o alətdə çalmışdır.
Klavesinin tam “təslim olması” yalnız Bethoven dövründə və əsasən onun musiqisi sayəsində baş vermişdir. Sakit səsli köhnə klavesin bu böyük bəstəkarın gur və güclü musiqisinin ifa tələblərinə uyğun gəlmirdi. Royal Bethoveni bu “sıxıntı”dan xilas etdi və dünya musiqi alətləri arasında öz krallığını bugünəcən qoruyub saxlamaqdadır.
İlk fortepiano necə yarandı?
Fortepianonun dizaynı royal və pianinonun birləşməsindən götürülüb. İtalyanca mənası isə "forte" - möhkəm, pianino isə "səssiz" deməkdir. O, simli alətlər sırasına orta əsrlərdə daxil olub. Yaranan ilk simli alət isə klavikord idi. Klavikord quruluşuna görə fortepianoya bənzəyir. Fərq ölçüdə və səsdə idi. Onun səsi yumşaq və bəm idi. Ona görə də bu alətdə bir neçə insan ifa edə bilərdi.
Daha sonra musiqi aləminə klavesin daxil oldu. O, XV əsrdə İtaliyada icad olunub. Səsi qu səsi kimi aram-aram və zəifdir. Ona görə də bu alətlə böyük zallarda konsert vermək mümkün deyil. Klavesinin simləri royalda olduğu kimi dillərə paralel yerləşib. Simli-dilli alətin üçüncü variantı spinetdir. O, 4 oktavalı, 2 klavialı kiçik klavesini xatırladır. Dizaynı o qədər gözəldir ki, evdə bəzək əşyası kimi də istifadə edilir.
XVIII əsrdə bəstəkar və musiqiçilər yeni alətə tələbat duymağa başladılar. Çünki kiçik alətlərin səs diapozonu onları qane etmirdi. Bu arzu italyan musiqi alətləri ustası Bartolomeo Kristofori tərəfindən 1709-cu ildə reallaşdı. O, kiçik alətləri birləşdirib, ilk fortepianonu yaratdı. İlk fortepiano çox sadə dizaynda idi. Onun nə dempferi, nə də pedalları vardı. Alət dəbə gəldiyi zaman onunla ilk musiqi - rokoko (1752-1775) ifa olundu. Daha sonra Klementi və Motsartın sonatası meydana gəldi. Klassikanın populyar olduğu dövrdə fortepiano ansambl və orkestrlərdə də dəyişiklik yaratdı və fortepiano solo ifa edən alətlər sırasına daxil oldu.
Fortepiano klassikaya romantizm və hisslərin emosiyasını gətirdi. Bu alət Bethovenin, Listin, Şumanın və Şopenin yaradıcılığında əvəzsiz rol oynadı. Lakin fortepianonun gəlişi ilə klavesin dəbdən düşmədi. Onun incə səsini böyük konsertlərdə eşitmək olar.
Təranə Vahid