Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, Bülbül adına orta ixtisas musiqi məktəbində nəfəs və zərb alətləri ifaçılarının ümumşəhər festivalı keçirilib. Münsiflər heyətinin qərarına əsasən, festivalda 17 nəfər gənc ifaçı laureat adını qazanıb.
   “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində laureatların konserti təqdim olunub. Konsertdə Bakı Musiqi Akademiyasının məktəb-studiyasının, Bülbül adına orta ixtisas musiqi məktəbinin, G.Şaroyev adına 35 nömrəli, L. və M.Rostropoviçlər adına 21 nömrəli, R.Behbudov adına 2 nömrəli, Q.Qarayev adına 8 nömrəli və 24 nömrəli 11 illik musiqi məktəblərinin şagirdləri iştirak ediblər.
   Sonda Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, Xalq artisti Teymur Göyçayev laureatlara diplomlar təqdim edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar