Qara Qarayev - 95
   
   Fevralın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin anadan olmasının 95 illiyinə həsr edilmiş konsert keçirildi. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin məsul işçiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər, ictimaiyyət nümayəndələri iştirak edirdi.
   
   Gecədə Xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri maraqlı proqramla çıxış etdi. Proqramda Qara Qarayevin "Consertogrosso", "Yeddi gözəl" baletindən Adacio, "7 nömrəli Prelyudiya", Dmitri Şostakoviçin "Fortepiano və orkestr üçün 1 nömrəli konsert", Sergey Prokofyevin "Yəhudi mövzusunda uvertüra" və Alfred Şnitkenin "Fortepiano ilə orkestr üçün konsert" əsərləri səsləndirildi.
   Konsertin solistləri Nərgiz Əliyarova (piano), Ceyla Seyidova (violin), Emil Bağırov (klarnet), Fidan Ağayeva-Edlerin (piano) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
   Qeyd edək ki, böyük bəstəkarın 95 illik yubileyi il ərzində müxtəlif tədbirlər, musiqi layihələri ilə qeyd ediləcək. Bu il Qara Qarayev adına beynəlxalq müasir musiqi festivalının keçirilməsi, dahi musiqiçinin yubileyi ilə bağlı xarici ölkələrdə mərasimlərin təşkili nəzərdə tutulur.
   
    Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar