Parisdə fəaliyyət göstərən “Azərbaycan evi” Heydər Əliyev Fondunun və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Fransanın Lion şəhərində muğam gecəsi təşkil edib.
   Tədbiri “Azərbaycan evi”nin sədri Mirvari Fətəliyeva açaraq dinləyicilərə ölkəmizin zəngin mədəniyyəti, xalq yaradıcılığının məhsulu olan muğam musiqi janrı, eyni zamanda, təşkilat barəsində məlumat verib.
   Gənc ifaçılar Nigar Şabanova və Elnur Zeynalovun ifa etdikləri muğamlar və təsniflər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Onları musiqi alətlərində Rövşən Qurbanov, Ceyhun Muradov, Kamran Kərimov, Çinarə Mütəllibova və Coşqun Sadıqov müşayiət ediblər.
   Konsert Fransanın Lion, eləcə də Vien, Marsel, Annesi kimi şəhərlərindən gəlmiş tamaşaçılar tərəfindən çox böyük marağa səbəb olub. Konsertdən sonra fransız tamaşaçıları gecənin təşkilatçılarına ölkəmiz, muğam və milli musiqi alətlərimiz barədə suallarla müraciət ediblər.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar