Fevralın 19-da Azərbaycan Milli İncəsənət Muzeyində dahi bəstəkar, pedaqoq, akademik, SSRİ Xalq artisti Qara Qarayevin 95 illik yubileyi münasibətilə musiqi gecəsi keçirildi.
  
 
   Bakı Musiqi Akademiyasının dəstəyi ilə gerçəkləşən gecədə bəstəkarlar - Əməkdar incəsənət xadimi Vasif Allahverdiyev və BMA-nın dosenti Ceyhun Allahverdiyevin böyük sənətkarın xatirəsinə həsr olunmuş müəllif konserti təqdim olundu.
   Tədbiri açan Bəstəkarlar İttifaqının katibi, musiqişünas Lalə Hüseynova fevralın 5-dən etibarən müxtəlif salonlarda dahi bəstəkarın yubileyi ilə bağlı musiqili tədbirlərin keçirildiyini bildirdi: “Bu konsertdə isə Qara Qarayevin əsərləri səslənməyəcək. İki tanınmış bəstəkarın əsərləri ifa olunacaq. Ceyhun Allahverdiyev və Vasif Allahverdiyev Azərbaycan bəstəkarlıq məktəbinin özünəməxsus simalarıdır. Onlar kamera, vokal, mahnı kimi ən müxtəlif janrlarda əsərlərin müəllifidirlər. Bu musiqilərə xas olan bir cəhət var - milli ideyalara, türkçülüyə, milli köklərə bağlılıq. Biz bunu onların «Misri», «Atatürk simfoniyası», «Cəngi sədası» kimi əsərlərində görə bilərik. Bu musiqi məclisində nəsillərin görüşü var. Zalda görkəmli bəstəkar Arif Məlikov əyləşib. Arif Məlikov Qara Qarayevin tələbəsi, Ceyhun Allahverdiyevin isə müəllimi olub. Bu sanki nəsillərin görüşüdür”.
   Sonra söz musiqiyə verildi. Əsasən kamera janrının təmsil olunduğu konsertdə ilk olaraq Vasif Allahverdiyevin piano üçün «Silsilə»si (ifaçı Mələk Qocayeva), Rəşidə Rəşidin ifasında Nizami Gəncəvinin sözlərinə yazılmış romans ifa olundu. Tarzən Tağı Tağıyevin ifa etdiyi «Qarabağ balladası» xüsusilə fərqləndi. Hər iki bəstəkarın əsərləri müxtəlif ifaçıların təqdimatında alqışlarla qarşılandı.
   
   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar