Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən 2013-cü il 9-19 mart tarixində Bakıda \"Muğam aləmi\" adlı III Beynəlxalq Muğam Festivalı keçiriləcək.
   
   Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə \"Muğam aləmi\" III Beynəlxalq Muğam Festivalının keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib. Festival çərçivəsində həm Bakıda, həm də ölkəmizin bir sıra bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlərin keçirilməsi, beynəlxalq muğam müsabiqəsinin (15-18 mart), beynəlxalq elmi simpoziumun (12-15 mart) və ustad dərslərinin təşkili nəzərdə tutulub.
   Festivalda iştirak etmək üçün Türkiyə, İran, İraq, Özbəkistan, Tacikistan, Qazaxıstan, ABŞ, Fransa, Kanada, İngiltərə, Liviya, Braziliya, İspaniya, İtaliya, Almaniya, İordaniya, Yaponiya, Türkmənistan, Rusiya, Çin, Hindistan, Tunis, Misirdən dünya şöhrətli musiqiçilər və qruplar, o cümlədən \"Gözəl qızlar\" qrupu (Çin), Hüseyn Əl-Ədhəmi (İraq), Lotvi Buşnak (Tunis), Munojat Yolçiyeva (Özbəkistan), Abdessalam Bajedub və \"Chabab Al Andalouss\" qrupu (Mərakeş), \"Turasu Libya Makam\" (Liviya), Cefri Verbok (ABŞ), Ozodaxon Aşurova (Tacikistan), Meta Pandit (Hindistan), \"Anadolunun səsləri\" ansamblı (Türkiyə), Xoakin Kortes və \"Flamenko\" ansamblı (İspaniya) dəvət olunub.
   Keçiriləcək konsertlərdə xarici musiqiçilərlə yanaşı, Azərbaycanın görkəmli muğam ustaları Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov, Aygün Bayramova, Mələkxanım Əyyubova, Zabit Nəbizadə, Simarə İmanova, Nəzakət Teymurova, Nuriyyə Hüseynova, Gülyaz Məmmədova, Fərqanə Qasımova, Vüsalə Musayeva, Təyyar Bayramov və istedadlı gənc ifaçılar - Arzu Əliyeva, Babək Niftəliyev, İlkin Əhmədov, Rəvanə Ərəbova, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov və başqaları çıxış edəcəklər.
   Eyni zamanda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Rəqs Ansamblının, Dövlət Mahnı və Rəqs Ansamblının, Dövlət Xor Kapellasının çıxışları nəzərdə tutulub. İlk dəfə olaraq Qara Qarayev adına Dövlət Kamera Orkestrinin, Xor Kapellasının və solistlərin ifasında Üzeyir Hacıbəylinin \"Leyli və Məcnun\" operasının konsert ifası tamaşaçılara təqdim olunacaq.
   Festival günlərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin \"Leyli və Məcnun\", \"Əsli və Kərəm\", Qara Qarayevin \"Yeddi gözəl\", Fikrət Əmirovun \"Min bir gecə\" əsərləri qonaqlara təqdim olunacaq.
   Musiqi bayramı çərçivəsində Bakı Caz Mərkəzində tanınmış caz ifaçıları - Cəmil Əmirovun, Salman Qəmbərovun, Elçin Şirinovun, Etibar Əsədlinin, Əfqan Rəsulun rəhbərliyi ilə caz kollektivlərinin konsertləri keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar