2013-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı elan edilmiş Türkiyənin Eskişehir şəhərindəki Anadolu Universitetində Türkiyə-Azərbaycan dostluq konserti olub.
Atatürk Kültür və Sənət Mərkəzində keçirilmiş konsertdə Anadolu Universitetinin simfonik orkestri Cemil Can Deliormanın dirijorluğu ilə görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirovun, türk bəstəkarı Ulvi Cemal Erkinin əsərlərini səsləndirib.
Anadolu Universitetinin müəllim və tələbələri bu ali təhsil ocağında fəaliyyət göstərmiş və simfonik orkestrin yaradılmasına əvəzsiz töhfələr vermiş azərbaycanlı bəstəkar və musiqiçilər - professorlar Zöhrab Adıgözəlzadə, Səidə Qasımova, Nazim Rzayev və dosent Elxan Rüstəmovun da xatirəsini anıblar.