Martın 1-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində “İki qəlbin dastanı” adlı konsert keçirildi. Konsertdə milli musiqi alətimiz olan tarın müşayiəti ilə caz kompozisiyalar ifa olundu. Xatırladaq ki, ötən ilin noyabrında UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyasında “Azərbaycan tar ifaçılıq sənəti” Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. “Kapellhaus”da konsert proqramı da bu əlamətdar hadisə ilə bağlı idi.
   Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərlərinin sintezindən ibarət musiqi nömrələri yer aldı. Müşayiətçilər Ayat Baxşıyev (tar), Leyla Nəzərli (fortepiano), Emin Vəlimetov (bas gitara), Ayxan İsmayıllının (zərb) ifaları tamaşaçılar tərəfindən maraqla qarşılandı. Proqramda Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Corc Cerşvin, Oskar Peterson, Feliks Mendelson və digər dünya və Azərbaycan bəstəkarlarının əsərləri ifa olundu.
   
   Reyhan






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar