Yunanıstanın Saloniki şəhərində Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayevanın konserti böyük uğurla keçib. Ölkəmizin Yunanıstandakı səfirliyindən bildiriblər ki, müğənni Azərbaycan xalq mahnıları, muğam mövzusunda variasiyalar, şəxsi caz kompozisiyalarını, habelə Saloniki şəhərinin uşaq xoru ilə birlikdə özünün bəstələdiyi “Ləlləbi” və “Novruz” mahnılarını ifa edib.
   Yunanıstanın şimalında Azərbaycan musiqisinin səsləndiyi ilk konsert böyük maraqla qarşılanıb. Xeyriyyə məqsədli konsertdə 500-dən çox tamaşaçı, o cümlədən Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev, Salonikidə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar