Beynəlxalq Muğam Festivalına 20-dən çox ölkədən sənət adamları gələcək

Martın 9-da ölkəmizdə növbəti möhtəşəm sənət bayramı - “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı başlayır. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən festival martın 19-dək davam edəcək.

2009-cu və 2011-ci illərdə ölkəmizin ev sahibliyi etdiyi I və II beynəlxalq muğam festivalları sənət aləmində geniş rezonans doğuraraq mədəni irsimizin təbliğinə böyük töhfə oldu. Bu tədbirlər eyni zamanda Azərbaycanı Şərq və dünya musiqi sənətinin mühüm mərkəzi kimi daha da geniş tanıtdı. Budəfəki festivalın genişlənən iştirakçı coğrafiyası, tədbirlərin əhatə dairəsi də bunun məntiqi nəticəsidir.
Festivalda iştirak etmək üçün Türkiyə, İran, İraq, Özbəkistan, Tacikistan, Qazaxıstan, ABŞ, Fransa, Kanada, İngiltərə, Liviya, Braziliya, İspaniya, İtaliya, Almaniya, İordaniya, Yaponiya, Türkmənistan, Rusiya, Çin, Hindistan, Tunis, Misirdən dünya şöhrətli musiqiçilər və qruplar, o cümlədən \"Gözəl qızlar\" qrupu (Çin), Hüseyn Əl-Ədhəmi (İraq), Lotvi Buşnak (Tunis), Munojat Yolçiyeva (Özbəkistan), Abdessalam Bajedub və \"Chabab Al Andalouss\" qrupu (Mərakeş), \"Turasu Libya Makam\" (Liviya), Cefri Verbok (ABŞ), Ozodaxon Aşurova (Tacikistan), Meta Pandit (Hindistan), \"Anadolunun səsləri\" ansamblı (Türkiyə), Xoakin Kortes və \"Flamenko\" ansamblı (İspaniya) dəvət olunub.
Festival çərçivəsində həm Bakıda, həm də ölkəmizin bir sıra bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlərin keçirilməsi, beynəlxalq muğam müsabiqəsinin (15-18 mart), beynəlxalq elmi simpoziumun (12-15 mart) və ustad dərslərinin təşkili nəzərdə tutulub.
Konsertlərdə xarici musiqiçilərlə yanaşı, Azərbaycanın görkəmli muğam ustaları çıxış edəcəklər. İlk dəfə olaraq Qara Qarayev adına Dövlət Kamera Orkestrinin, Xor Kapellasının və solistlərin ifasında Üzeyir Hacıbəylinin \"Leyli və Məcnun\" operasının konsert ifası tamaşaçılara təqdim olunacaq.
Festival günlərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin \"Leyli və Məcnun\", \"Əsli və Kərəm\", Qara Qarayevin \"Yeddi gözəl\", Fikrət Əmirovun \"Min bir gecə\" əsərləri qonaqlara təqdim olunacaq. Musiqi bayramı çərçivəsində Bakı Caz Mərkəzində tanınmış caz ifaçıları - Cəmil Əmirovun, Salman Qəmbərovun, Elçin Şirinovun, Etibar Əsədlinin, Əfqan Rəsulun rəhbərliyi ilə caz kollektivlərinin iştirakı ilə konsertlər keçiriləcək.
Festivalın rəsmi açılışı martın 9-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Mərasimdə Azərbaycan Dövlət Simfonik Orkestri, Xalq Çalğı Alətləri Orkestri, Dövlət Xor Kapellası, Dövlət Rəqs Ansamblı, Qədim Musiqi Alətləri Ansamblı, Opera və Balet Teatrının orkestri çıxış edəcək. Dirijorlar Fəxrəddin Kərimov və Ağaverdi Paşayev, solistlər Təyyar Bayramov, Səbuhi İbayev, İlkin Əhmədov, Elnur Zeynalov, Arzu Əliyeva, Vüsalə Musayeva, Afaq Abbasova, Fərid Əliyev, Simarə İmanova, Babək Niftəliyev, Səbinə Ərəbli, Güllü Muradova, Şahin Növrəslidir.
Martın 10-da Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun “Min bir gecə” baleti göstəriləcək. Quruluşçu baletmeyster Nailə Nəzirova, dirijor Eyyub Quliyevdir.
Həmin gün Lənkəran Dövlət Dram Teatrında festivalın açılışı münasibətilə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının konsert ifası təqdim olunacaq. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiət edəcəyi konsertin dirijoru Teymur Göyçayev, solistlər Mənsum İbrahimov, Aygün Bayramova, Elçin Həşimov, Elnur Əhmədovdur.
Naxçıvan Dövlət Musiqili Dram Teatrında festivalın açılışı yerli muğam ifaçılarının, Şamaxı Mədəniyyət Mərkəzində isə rayonun musiqi kollektivlərinin konserti ilə gerçəkləşəcək.
Martın 11-də Bakıda, Beynəlxalq Muğam Mərkəzində Çinin “Beautiful girls” qrupu “Özhal mukamı” adlı konsert təqdim edəcək. “Ustaddan şagirdə” muğam məclisində isə Azərbaycan ifaçıları - Mələkxanım Əyyubova, Aqil Məlikov, Möhlət Müslümov, Fəxrəddin Dadaşov, Nizami Allahverdiyev, Ramin Abdullayev, Kamilə Nəbiyeva, Arif Hüseynov, Qızılgül Babayeva, Gülnar Qüdrətli, Məftun Səfərli, Ağaniftulla Məmmədli, Mirpaşa Şükürov, Əli Hacıyev, Günay İmamverdiyeva çıxış edəcək.
Bakı Caz Mərkəzində isə Etibar Əsədli, Rüstəm Zeynallı, Ruslan Hüseynov, Elvin Bəşirov, Tofiq Cabbarov, Rafael Əliyevin ifasında etno-caz konserti təqdim olunacaq.
Həmin gün Ağcabədidəki Qarabağ Muğam Mərkəzində “Zərbi muğamlar və təsniflər” konserti (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, dirijor Ağaverdi Paşayev, solistlər Simarə İmanova, Səbuhi İbayev, Nəzər Bəylərov, Gülay Qədirova), Ağstafa Mədəniyyət Evində yerli muğam ifaçılarının konserti olacaq. Gəncə Dövlət Dram Teatrında “Yeddi muğam dünyasına səyahət” adlı konsertdə solistlər Şahin Mirzəyev, Məmməd Mirzəyev, Sevil Sarıyeva və Anar Quliyev, Şirvan Mərkəzi Mədəniyyət Evində “Ustaddan şagirdə” adlı konsertdə isə uşaq musiqi məktəbinin muğam şöbəsinin müəllim və şagirdləri çıxış edəcək.
Martın 12-də Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu” adlı beynəlxalq elmi simpozium açılacaq.
Həmin gün Beynəlxalq Muğam Mərkəzində “Yaxın Şərqdən salamlar” (“Greetings from Middle East”) adlı konsertdə Lotvi Buşnakın (Tunis) rəhbərliyi ilə musiqiçilərin çıxışı olacaq. Azərbaycandan Zabit Nəbizadə, Mirələm Mirələmov isə “Rast” muğamını təqdim edəcək.
Ağcabədi Qarabağ Muğam Mərkəzində yerli uşaq musiqi məktəblərinin “Ustaddan şagirdə” muğam konserti, Gəncə Dram Teatrında “Özhal mukamı” (Beautiful girls” qrupu, Çin) və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (dirijor Teymur Göyçayev) ifasında Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasının konsert ifası səslənəcək. Solistlər: İlkin Əhmədov, Vüsalə Musayeva, Elçin Həşimov, Elnur Əhmədov.
Eyni gündə Qəbələdəki “Qafqaz Resort Hotel”inin kamera musiqisi zalında rayonun musiqi kollektivlərinin konserti, Lənkəran Heydər Əliyev Mərkəzində və Naxçıvan Dövlət Universiteti Konservatoriyasının konsert zalında “Ustaddan şagirdə” muğam məclisləri olacaq.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar