Azərbaycan Bəstəkarlar İttifaqının musiqişünaslıq bölməsinin iclasında qurumun bu il hazırlanacaq yeni nəşrləri müzakirə olunub. İttifaqın katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova bildirib ki, bu ilin sonunadək bir çox görkəmli bəstəkarlar haqqında monoqrafiyaların çap edilməsi planlaşdırılır.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin təşəbbüsü ilə görkəmli bəstəkarlarımız Qara Qarayev, Cövdət Hacıyev, Ağabacı Rzayeva, Cahangir Cahangirov, Vasif Adıgözəlov barədə monoqrafiyaların çap olunması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət olunub. Bu monoqrafiyaların əksəriyyəti hazırdır və ilin sonunadək işıq üzü görə bilər.
Bundan əlavə, bir sıra tanınmış bəstəkarlar haqqında kiçik həcmli broşürlərin də çapı planlaşdırılır. Bu silsilədən Emin Sabitoğlu, Əşrəf Abbasov, İsmayıl Hacıbəyov, Fərhəng Hüseynov, Məmməd Quliyev, Məmməd Saleh İsmayılov, habelə Sevda İbrahimova, Oqtay Zülfüqarov, Dadaş Dadaşov, Oqtay Rəcəbov, Mobil Babayev, Azər Dadaşov, Rauf Əliyev, Tahir Əkbər, Sərdar Fərəcov və başqaları haqqında broşürlərin hazırlanması nəzərdə tutulur.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar